Maduronun işinə baxan amerikalı hakim 92 yaşında vəfat edib

maduronun-isine-baxan-amerikali-hakim-92-yasinda-vefat-edib
Oxunma sayı: 253

Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı məhkəmə işini aparan ABŞ-nin federal hakimi Elvin Hellerşteyn 92 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsinin yaydığı məlumatda qeyd olunub.

Qeyd edək ki, E. Hellerşteyn hakim vəzifəsinə 1998-ci ildə təyin olunmuşdu. O, peşəkar fəaliyyəti ərzində bir sıra səs-küylü məhkəmə işlərinə, o cümlədən 2001-ci il 11 sentyabr terror hücumları ilə bağlı qaldırılan iddialara baxıb.

Xatırladaq ki, Maduronun işi üzrə son məhkəmə iclası oktyabrın 15-də keçirilmişdi. Proses zamanı Hellerşteynin çəliklə hərəkət etdiyi və səsinin çətinliklə eşidildiyi bildirilirdi.