10 gün əvvəl hamamda yıxılan kişi xəstəxanada öldü

10-gun-evvel-hamamda-yixilan-kisi-xestexanada-oldu
Oxunma sayı: 719

Şəkidə 65 yaşlı kişi xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Əli Məmmədov 10 gün əvvəl hamamda yıxılaraq kəllə-beyin travması alıb.

Ağır xəsarət alan Məmmədov dərhal xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, o, bu gün aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.