Kiminə görə onlar yolların qənimi, qəzaların səbəbkarı, kiminə görə isə kişilərdən daha ehtiyatlı və peşəkardılar. Söhbət sükan arxasında olan xanımlardan gedir.
Son illər qadın sürücülərin sayı rekord səviyyədə artıb. Paraleldə isə onların törətdiyi qəzalar, pozduqları yol hərəkət qaydaları çoxalıb. Təkcə şər qarışanda keçirilən son reydlər zamanı, 10 sərxoş qadın sürücü saxlanılıb. Onların bəzilərində müvafiq sənədlər qaydasında olmasa da, əksəriyyəti avtomobili sərxoş vəziyyətdə idarə edənlərdir.
“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov xanım sürücülər arasında sürət həddini aşanların da oldüğunu bildirib. Amma buna baxmayaraq yenə də üstünlüyü sərxoş qadınlar ələ alıb.
BŞDYPİ-nin bölmə rəisi Vaqif Əsədov bildirir ki, sərxoş sürücülərin iştirakı ilə 50-dən çox yol nəqliyyat hadisəsi baş verib.
Qaydalara riayət etməyən, kobud şəkildə pozan, həm də sükan arxasında əyləşən yeniyetmə və gənclərdir. Təkcə ilin əvvəlindən bu günə kimi sərxoş sürücülərin iştirakı ilə 50-dən çox yol nəqliyyat hadisəsi baş verib. Heç şübhəsiz bu cür sürücülər tərəfindən törədilən qəzalar ölümsüz ötüşməyib. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sərxoş sürücülərə qarşı reydlərin mütəmadi aparılacağını bildirdi.
Onu da deyim ki avtomobili sərxoş şəkildə idarə edən şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə olunurlar. Əgər bu hal dəfələrlə təkrarlanarsa həmin sürücünün sürücülük hüququ məhdudlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər