Bakıda forum keçirilir - Fotolar-Yenilənib

bakida-forum-kecirilir
Oxunma sayı: 679

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir.

“Qafqazinfo” xəbər verir ki, tədbirin məqsədi medianın maarifləndirici funksiyasının gücləndirilməsi, ictimai rəyin formalaşdırılmasında rolunun artırılması, həssas məlumatların cəmiyyətə düzgün prinsiplər əsasında çatdırılması, eləcə də media ilə dövlət qurumları arasında koordinasiyanın təkmilləşdirilməsidir.

Bundan əlavə, forum çərçivəsində “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi mövzusunda panel sessiya təşkil olunacaq. Paneldə media subyektlərini təmsil edən jurnalistlərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, forumun açılış mərasimində MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov və digər şəxslər iştirak edirlər.

***

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Metin Hüseynov bu gün keçirilən “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” adlı panel sessiyada bildirib ki, bütün görülən işlər ölkə vətəndaşlarında, hətta xarici qonaqlarda belə heyranlıq hissi doğurur:

“30 ildə şəhər iqtisadiyyatında tıxacların aradan qaldırılması, ərazi bütövlüyümüzün bərpası və yenidənqurma işləri hər birimizdə böyük qürur hissi yaradır. Çünki Qarabağdan, Şərqi Zəngəzurdan hər səfərimizdə yeni-yeni nailiyyətlərin şahidi oluruq. Bildirmək istərdik ki, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda Şəhərsalma və Memarlıq İli elan olunması düşünülmüş, zamanın çağırışlarına cavab verən qərardır”.

M. Hüseynov həmçinin qeyd edib ki, şəhər sakinlərinin ən çox üz tutduğu məkanlardan biri olan Xaqani bağında yenidənqurma işləri başa çatdırılıb: “Nəticədə parkın ərazisi genişləndirilib və bir vaxtlar sıx nəqliyyat axını olan məkanda bu gün rahat ictimai məkan formalaşdırılıb. Bakı həm müasir, həm də öz tarixinə sadiq qalan şəhər kimi parlayır. Mərkəzi ərazilərdə yerləşən parklar, “Atatürk” “Gənclik” və digər istirahət məkanları buna nümunədir. Nəticədə parkın ərazisi genişləndirilib və bir vaxtlar sıx nəqliyyat axını olan məkanda bu gün rahat ictimai məkan formalaşdırılıb”.

Fidan Etibar