10 yaşlı azarkeşdən Kloppa gözlənilməz məktub - “Uduzun”+Fotolar

10-yasli-azarkesden-kloppa-gozlenilmez-mektub
Oxunma sayı: 2342

İngiltərənin “Mançester Yunayted” klubunun 10 yaşlı azarkeşi yazdığı məktubla diqqət mərkəzinə düşüb. “Qafqazinfo” xəbər verir ki, Daragh adlı azarkeş “Liverpul”un baş məşqçisi Yurgen Kloppa məktub göndərərək ondan qələbəsizlik seriyasını bitirməsini istəyib.

Azyaşlı fanat alman mütəxəssisə bildirib ki, “mersisaydlılar”ın uğuru onu üzəcək.

“Salam, Yurgen. Mənim adım Daraghdır. 10 yaşında bir “Mançester Yunayted” azarkeşiyəm. Sizə yazmağımın səbəbi  budur:

“Liverpul” çox matçda qalib gəlir. Əgər 9 oyunda da qələbə qazansanız, İngiltərə futbolunda ən uzun məğlubiyyətsizlik seriyasına sahib olacaqsınız. Bu məni çox üzəcək.

Sizdən xahiş edirəm ki, “Liverpul”un növbəti matçda uduzmasını təmin edin. İmkan verin rəqiblər qol vursun. Ümid edirəm ki, sizi inandıra bilmişəm. “Liverpul”un bir daha qələbə qazanıb çempion olmayacağını arzulayıram”.

Öz növbəsində Klopp da azarkeşin bu məktubunu cavabsız qoymayıb:

“Çox təəssüf ki, sənin istəyini yerinə gətirə bilməyəcəm. Sənin “Liverpul”un uduzmasını istədiyin qədər mən də bizi dəstəkləyən milyonlarla azarkeşi üzmək istəmirəm. Şanslısan ki, biz keçmişdə uduzduq və gələcəkdə də uduzacağıq. Bu futboldur.

Məktubunu oxuduqdan sonra əminəm ki, sənin futbola və komandana olan sevgin dəyişməyəcək. “Mançester Yunayted” sənin kimi azarkeşə sahib olduğuna görə sevinməlidir. Ümid edirəm ki, biz daha çox oyun və kubok qazanarıq. Bu səni üzməsin. Komandalarımız əzəli rəqabətlə yanaşı bir-birlərinə hörməti də bacarır”.