100-dən çox uşaq sel qurbanı olub - Kolumbiyada

100-den-cox-usaq-sel-qurbani-olub
Oxunma sayı: 691

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel daşqınları nəticəsində 102 uşaq ölüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yayılan rəsmi məlumatda deyilir.

Ümumilikdə təbii fəlakət nəticəsində 314 nəfər ölüb, daha 332 nəfər isə xəsarət alıb.

İtkin düşən 127 nəfərin arasında 3 əcnəbi - İspaniya, Almaniya və Ekvador vətəndaşları da var.

Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.