11 məntəqə ləğv edildi, İmamverdi İsmayılov yenə liderdir

11-menteqe-legv-edildi-imamverdi-ismayilov-yene-liderdir
Oxunma sayı: 20384

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 11 məntəqəsi ləğv edilib.

“Qafqazinfo” bu məqamda sözügedən dairədə məntəqələrin ləğvi nəticəsində lider namizəd İmamverdi İsmayılovun  səsində baş verən fərqi araşdırıb.

Bugünkü iclasa qədər 6760 səslə lider olan İmamverdi İsmayılov 11 məntəqənin ləğvi nəticəsində 1531 səs itirib. O, ən çox səsi 37 (250 səs) və 38 (350 səs) saylı məntəqələrdə itirib. Ümumilikdə 1031 səs itirməsinə baxmayaraq, İ.İsmayılov yenə əlçatmaz olub. Məntəqələrin ləğvindən sonra 5269 səsi olan İsmayılov liderliyini qorumağı bacarıb.

Onun ən yaxın izləyicisi digər namizəd Kərimov Faiqdir. Nəticələrin ləvğindən sonra F.Kərimovun hesabında 1879 səs qalıb. Onun aktivindən 570 səs silinib.

Müəyyən olub ki, 11 məntəqənin ləğvindən sonra rəqiblər arasında 3372 səslik fərq yaranıb. Bu fərq məntəqələr ləğv olunmamışa qədər 4311 səsdən ibarət idi.

Qeyd edək ki, dairənin ən çox səs toplayan üçüncü namizədi Anar Əsədlidir. O, məntəqələrin ləğvinədək 1917 səs toplayıb. 11 məntəqədə nəticələr etibarsız sayıldıqdan sonra isə 294 səs itirib.

Emin Səfərov