Təhsil naziri Emin Əmrullayev məktəbdə dini klipin çəkilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
“Qafqazinfo” xəbər verir ki, nazir bu gün keçirdiyi brifinqdə bu barədə məlumatlı olduğunu, məsələnin araşdırıldığını bildirib:
“Məktəbdə mövzulardan asılı olmayaraq klip çəkilişi üçün yer olmamalıdır. Kimsə məktəbdə maarifləndirmə ilə bağlı serial çəkirsə belə, nazirlikdən icazə alınmalıdır. Biz araşdırmışıq ki, həmin dini klip iş günü olmayan gündə çəkilib.
Həmçinin oxuyun: Bakıda “Deloitte” şirkətinin direktoruna qarşı oğurluq olub - Foto
Bizdən icazə alınmayıb. Valideynlər də bu prosesdə iştirak ediblər. Artıq məktəb rəhbəri müvafiq qaydada cəzalandırılıb”.
Gülnar Əliyeva
Həmçinin oxuyun: Məktəbdə şagirdlərin iştirakı ilə çəkilən bu klip narazılıq yaratdı - Video
Son xəbərlər
Son Xəbərlər