“12 milyon böyük pul deyil” + Video

12-milyon-boyuk-pul-deyil-video
Oxunma sayı: 679

Vaşinqtonun mərkəzində 12 milyon dollara bina Neft Şirkətinin nəyinə lazımdır? Sulutəpədə evləri sökülən insanlara təzminat vermək olmazdımı? İdrak Abbasovu döyən Neft Şirkəti işçisinə qarşı hansısa tədbir görülübmü?

Londona səfəri zamanı BBC Azərbaycancanın bu suallarına cavab verən Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi qurumun Vaşinqtonda ofis açmasına haqq qazandırıb və deyib ki, 12 milyon "böyük pul deyil".

O, "ARDNŞ-nin Sulutəpədə evləri sökülənlərə Neft Şirkəti niyə təzminat vermir" sualına cavabında deyib ki, ARDNŞ "Sulutəpədə qanunsuz ev tikənləri" məhkəməyə verib.

"Jurnalist İdrak Abbasovu döyən Neft Şirkəti işçisinə qarşı niyə heç bir tədbir görülmür" sualına cavabında cənab Abdullayev jurnalisti Sulutəpədə "alverlə məşğul olmaqda" ittiham edib.

O, Abbasovu döyən Neft Şirkəti işçisinin vəzifə səlahiyyətlərini aşdığını etiraf etsə də, video müsahibədə ona qarşı tədbirlər barədə sualdan yayınıb.

Ancaq müsahibədən sonra cənab Abdullayev BBC Azərbaycanca müxbirinə yenidən qayıdıb və şirkətlə əlaqə saxladığını, İdrak Abbasova qarşı zorakılıq edən şirkət işçisinin işdən çıxarıldığını bildirib.