“15 illik razılaşmışdıq, həmişəlik yox” - Əraqçı

15-illik-razilasmisdiq-hemiselik-yox
Oxunma sayı: 1059

“İran və ABŞ arasında nüvə danışıqları dalana dirənib, çünki Birləşmiş Ştatlar İslam Respublikasının uranın zənginləşdirilməsindən tamamilə imtina etməsini tələb edir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində bildirib.

“Nüvə sazişi çərçivəsində biz uranı 3,67%-ə qədər zənginləşdirməyə razılaşmışdıq, lakin bu, yalnız 15 il müddətinə idi, həmişəlik yox. Həmişəlik prinsipi ilə tanımağa hazır olduğumuz yeganə şey İranın nüvə silahı yaratmayacağı barədə öhdəliyidir”, – deyə nazir vurğulayıb.