20-yə yaxın din xadimi ilə dua etdi - Video

20-ye-yaxin-din-xadimi-ile-dua-etdi
Oxunma sayı: 2010

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ölkənin bütün bölgələrindən gələn pastorlarla dua edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ağ Evin aparat rəhbərinin müavini Den Skavino “X” hesabında paylaşım edib. 

Tədbirdə 20-yə yaxın din xadimi iştirak edib və onlar ölkə qoşunlarının qorunması, eləcə də ABŞ liderinin gələcəkdə də güclü olması ilə bağlı dualar edib. 

Mərasimin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Həmin görüntüləri təqdim edirik: