“2022-ci ildən Putinlə danışmamışam”

2022-ci-ilden-putinle-danismamisam
Oxunma sayı: 1597

Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə sonuncu dəfə 2022-ci ilin dekabrında telefonla danışdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Şolts bu barədə “Markische Allgemeine Zeitung” qəzetinə müsahibəsində danışıb.

“Bizim sonuncu telefon danışığımız 2022-ci ilin dekabrında olub. Buna qədər tez-tez danışırdıq”, - deyə kansler qeyd edib.

Onun sözlərinə görə, Ukraynada münaqişə başlamazdan bir neçə gün əvvəl Moskvada şəxsən Putinlə 4 saatdan çox danışıqlar aparıb. 

Qeyd edək ki, tərəflər arasında telefonla sonuncu söhbət 2022-ci il dekabrın 2-də baş tutub. Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi bu söhbətin 1 saata yaxın davam etdiyini və Ukraynadakı münaqişəyə həsr olunduğunu açıqlamışdı.