“23 yaş həddi aradan qaldırılsın”

23-yas-heddi-aradan-qaldirilsin
Oxunma sayı: 2956

“Çox gözəldir ki, müharibə veteranı olmuş şəxslərə heç bir yaş məhdudiyyəti yoxdur. İstəyir 30 yaşında universitetə girsin, dövlət onun təminatını verəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Musa Quliyev Milli Məclisin plenar iclasında bildirib.

“Amma şəhid ailəsi üzvləri və valideyn himayəsindən məhrum olmuş uşaqların 23 yaş son həddidir. Təklif edirəm ki, bu məhdudiyyətlər aradan qaldırılsın. Bu kateqoriyadan olan şəxslər istənilən yaşda təhsil ala bilməlidirlər”, - deyə deputat vurğulayıb.

Zaur Mirzə