23 yaşı var, 38 ölkə gəzib - Fotolar

23-yasi-var-38-olke-gezib
Oxunma sayı: 11460

Türkiyəli 23 yaşlı qız Selin Uzdil son 5 il ərzində 4 qitədə 38 ölkəni gəzib.

Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, əvvəllər gəzib-dolaşmağı sevməyən gənc qız daha sonralar fərqli mədəniyyətləri görüb müxtəlif yeməkləri daddıqca səyahət onun üçün bir növ ehtiras halına gəlib. Belə ki, S. Uzdil hətta geyimlərini sataraq özü üçün səyahət planları qurub və hər həftə sonu bir ölkəyə getməyə başlayıb. O, bugünə qədər Avropa, Asiya, Amerika və Afrikada 38 ölkəyə gedib.

Gənc səyahətçi il sonuna qədər səyahət edəcəyi ölkələrin sayını 40-a çatdıracağını bildirib.