24 milyona villa aldılar - Helikopter dayanacağı da var

24-milyona-villa-aldilar
Oxunma sayı: 3561

Dünyaca məşhur Devid və Viktoriya Bekhem cütlüyü ev kolleksiyasına yenisini əlavə edib.

“Qafqazinfo” xəbər verir ki, keçmiş futbolçu ilə eks-müğənni Mayamidə “One Thousand Museum” adlı göydələndə 24 milyon dollara mənzil alıb.

“The Sun” qəzetinin məlumatına görə, lüks ev beş yataq otağı, üzmə hovuzu, çardağında helikopter dayanacağı, spa, gözəllik salonu, bardan ibarətdir.  

Bina 62 mərtəbəli və 215 metr yüksəkliyindədir.

Xatırladaq ki, cütlük Londonda 31 milyonluq malikanənin, 6 milyonluq bağ evinin sahibidir.