25 yaşlı gənc bıçaqlandı

25-yasli-genc-bicaqlandi
Oxunma sayı: 1175

Gədəbəydə bıçaqlanma olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Çalburun kənd sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Sahib İsmayıl oğlu qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncədə olan xəstəxanaya yerləşdirilib.

Dərhal əməliyyat edilən gəncin vəziyyəti orta ağır qiymətləndirilir. Yaxınlarının sözlərinə görə, S. Rüstəmov kənddə qadın tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.