Abşeron rayonunda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bildirilib ki, tibb müəssisəsində ona iynə vurulub.
Qadın daha sonra yaşadığı evə qayıtsa da, bir müddət sonra vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər