39 Nobel mükafatı laureatı dünya liderlərinə açıq məktub yazdı

39-nobel-mukafati-laureati-dunya-liderlerine-aciq-mektub-yazdi
Oxunma sayı: 8027

39 Nobel mükafatçısı Rusiya Prezidenti Vladimir Putinlə bağlı dünya liderlərinə açıq məktub ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “T-invariant” portalı məlumat yayıb.

Bildirilib ki, bəşəriyyət demokratiya prinsiplərinə və beynəlxalq insan haqları hüququna riayət etməklə özünü məhvdən xilas edə bilər. Buna görə də Nobel mükafatçıları dünya liderlərinin diqqətini bir neçə bəndə çəkiblər.

Onlar Ukraynaya yardımın əhəmiyyətli dərəcədə artırılmasını, Rusiyada insan haqları və demokratik müxalifətin dəstəklənməsini, demokratik və müharibə əleyhinə siyasi əqidələrinə görə risk altında olan və sığınmağa ehtiyacı olan Rusiya vətəndaşlarına və müstəqil Rusiya mediasının gücləndirilməsinə dəstəyin yüksəlməsini istəyiblər.