40 yaşlı qadın naməlum şəraitdə itkin düşdü

40-yasli-qadin-namelum-seraitde-itkin-dusdu
Oxunma sayı: 2972

Lənkəranda 40 yaşlı qadın naməlum şəraitdə itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Tükəvilə kəndində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü İbrahimova Fəxriyyə Söhbət qızının axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin müvafiq strukturları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.