5 il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcəklər

5-il-erzinde-ukraynaya-116-milyard-dollarliq-herbi-yardim-kocurecekler
Oxunma sayı: 960

Kanada hakimiyyəti bu il Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Kiyevə 2,4 milyard Kanada dolları (1,74 milyard dollar) kredit vermək niyyətindədir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın 2024-cü maliyyə ili üçün dərc olunmuş federal büdcə layihəsində bildirilir.

“Ölkənin federal hökuməti Ukraynaya 2,4 milyard Kanada dolları məbləğində kredit vermək niyyətindədir. Onların 2 milyardı artıq BVF-nin idarə etdiyi hesab vasitəsilə 2024-cü il martın 20-də Kiyevə köçürülüb”. 

Həmçinin bildirilib ki, Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollar dəyərində hərbi yardım köçürəcək.