55 yaşlı Kluni əkiz uşaq atası oldu

55-yasli-kluni-ekiz-usaq-atasi-oldu
Oxunma sayı: 681

Məşhur aktyor Cork Kluni və həyat yoldaşı Amal Kluninin əkiz uşaqları dünyaya gəlib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, əkizlərdən biri qız, digəri də oğlandır. Cütlük onlara Ella və Aleksandr adlarını qoyub.

Məlumata görə, doğuş normal keçib və uşaqların səhhəti yaxşıdır.

Qeyd edək ki, 55 yaşlı “Hollivud” aktyoru Corc Kluni və livan əsilli vəkil Amal Kluni 2014-cü ilin sentyabrında Venesiyada ailə qurublar.