61 yaşlı Madonna 26 yaşlı sevgilisi ilə gündəmdə - Fotolar

61-yasli-madonna-26-yasli-sevgilisi-ile-gundemde
Oxunma sayı: 6957

Sosial şəbəkələrdə 61 yaşlı super ulduz Madonnanın pərəstişkarları ifaçının yeni sevgilisi – 26 yaşlı rəqqas Əhlamalik Uilyamsı müzakirə edirlər.

"Qafqazinfo"nun xarici mətbuata istinadən məlumatına görə, Mayamidə otelin eyvanında gənc rəqqasla qucaqlaşaraq görütülənən pop musiqisinin kraliçası fanatlarını şoka salıb. Cütlük münasibətdə olduqlarını açıq-aşkar bəyan etməsələr də, ulduzun fanatları onun gənc rəqqasla eşq yaşadığından əmindir.  

Məlumdur ki, Əhlamalik Madonnanı onun ABŞ-da “Madame X” turu çərçivəsində verdiyi bütün konsertlərdə müşayiət edir.

Ulduzun bundan əvvəlki sevgilisi – 32 yaşlı model Kevin Sampayo, görünür ki, müğənninin Portuqaliyadan ABŞ-a qayıdışından sonra ondan ayrılıb.