70 min dövlət qulluqçusunu işdən çıxarmaq istəyir

70-min-dovlet-qulluqcusunu-isden-cixarmaq-isteyir
Oxunma sayı: 5372

Argentina Prezidenti Xavyer Miley yaxın zamanlarda 70 min dövlət qulluqçusunu istefaya göndərmək niyyətindədir.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Miley bu barədə Latın amerikalı İqtisadçılar Forumunun bağlanış mərasimində danışıb.

Onun sözlərinə görə, hökumət artıq 200 min sosial proqramı ləğv edib və 50 min dövlət qulluqçusu işdən azad edilib.

Bildirilir ki, bu tədbirlərin görülməsində məqsəd ölkə büdcəsinə düzəlişlər etməkdir.

Xatırladaq ki, 2023-cü ilin dekabrında prezident seçilən Xavyer Miley Argentinada hazırkı vəziyyəti kritik adlandırıb. O, vəzifəyə gəldikdən sonra ölkədə etirazlara səbəb olan islahatlar paketi təqdim edib. Bununla yanaşı, Miley prezident postunda imzaladığı ilk fərmanla ölkədə nazirliklərin sayını 18-dən 9-a endirib.