72 yaşında Baş nazir seçildi

72 yaşında Baş nazir seçildi
Oxunma sayı: 1309

Cənubi Koreya Prezidenti Yun Sok Yol 72 yaşlı Xan Dok Sunu ölkənin Baş naziri vəzifəsinə təyin edib.

Bu barədə “Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir.

Cümə günü Koreya Milli Şurası siyasətçinin namizədliyini qəbul edib. Xan Dok Sunun lehinə 208, əleyhinə isə 36 səs verilib. 

“Yonhap” agentliyi qeyd edir ki, Baş nazir Nazirlər Kabinetində yeganə vəzifədir ki, deputatlar tərəfindən təsdiqlənməlidir. 

Qeyd edək ki, Xan Dok Su 2007-2008-ci illərdə də ölkənin Baş nazir olub. Xan Dok Sunun dövlət xidmətinin yüksək vəzifələrində iş təcrübəsi 40 ilə yaxındır.