90-dan çox ölkədə “delta” qeydə alınıb

90-dan-cox-olkede-delta-qeyde-alinib
Oxunma sayı: 2248

90-dan çox ölkədə koronavirusun Hindistan ştammı olan “delta” yayılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə xəstəliklər üzrə şöbəsinin texniki qrup rəhbəri Mariya Van Kerkhove deyib.

“Biz hazırda bilirik ki, 92 ölkədə “delta” variantı var. Bu növ daha sürətli yoluxma qabiliyyətinə malikdir”, - deyən Kerkhove təşkilatın bundan ciddi narahat olduğunu vurğulayıb.