98 sm-lik boyu ilə xilasəetmə işlərinə qatıldı - Foto

98-sm-lik-boyu-ile-xilaseetme-islerine-qatildi
Oxunma sayı: 2929

İzmirdə baş verən güclü zəlzələdən sonra 98 sm boyunda 4 gündür axtarış-xilasetmə işlərinə qatılan Rıdvan Çelik Türkiyədə gündəm olub.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, İstanbuldan İzmirə axtarış-xilasetmə işlərinə gələn heyət arasında 98 sm boylu Rıdvan Çelik diqqətləri özünə çəkib. Bayraqlı qəsəbəsində komandası ilə birlikdə çökən mənzilin dağıntılarında xilasetmə işlərinə qatılan Çelik boy ölçüsünün verdiyi üstünlük hesabına dağıntılar arasında dar girişli təhlükəli yerlərə girərək xilasetmə işlərinə töhvə verir. Komanda yoldaşı ilə birlikdə qorxmadan dağıntıların içinə girən Çelik uçqunların arasından keçərək insanları xilas etmək üçün həyatını təhlükəyə atır. Kiçik olmasına baxmayaraq böyük bir ürəyi olan Rıdvan Çelik, zəlzələnin ilk günündən bəri 4 gün dayanmadan xilasetmə işlərində iştirak edib.

“İstanbulda zəlzələ olduğunu eşidəndə öz biletimi alıb İzmirə gəldim. Komanda yoldaşlarımızla burada tanış olduq. Doğanlar mənzilinə gələndə vəziyyət acınacaqlı idi. İnsanların mənim haqqımda düşündüklərinin həqiqətən heç bir mənası yoxdur. 1999 zəlzələsi ilə bağlı xatirələrim və təcrübələrimdən dolayı dağıntılar altında ola biləcək uşaqlar və analar haqqında düşündüm. Bəlkə də o dağıntıların altında bizim də ola biləcəyimizi düşünərək işə başladım. İnsanların reaksiyası çox yaxşı oldu. Üzərimdəki axtarış və xilasetmə kostyumunu görənlər mənə “ürəyiniz böyükdür” deyirlər”,- deyə R. Çelik bildirib.

Rıdvan Çeliyin bu cür qəhrəmancasına və fədakar təşəbbüsü Türkiyə ictimaiyyəti tərəfindən geniş şəkildə təqdir olunub.