ABŞ-da həmyerlimiz sevgilisinə görə öldürüldü

abs-da-hemyerlimiz-sevgilisine-gore-olduruldu
Oxunma sayı: 644

Hadisəni araşdıran polislər qətl hadisəsi və Cozef Spitallinin həbsi barədə ətraflı məlumat verməsələr də, Teymur Hüseynlinin bıçaqla öldürüldüyünü bildiriblər. Qatil daha sonra azərbaycanlının rəfiqəsinin evinə gələrək, onu girov götürüb. Lakin polis bir neçə saatdan sonra qatili həbs edib.

Öldürülən şəxsin rəfiqəsi hələ sentyabrda məhkəməyə müraciət edərək, onu Cozef Spitallidən müdafiə etməyi xahiş edib. Lakin məhkəmə bu müraciəti əsassız sayaraq rədd edib. Qadının dostları bildiriblər ki, o əvvəllər qatillə uzun müddət görüşüb, lakin sonradan ondan ayrılıb.

***

Qazeta Analitik İnformasiya Mərkəzinə daxil olan məlumata görə, Amerikada 31 yaşlı Teymur Həsənli qəsdən qətlə yetirilib, uzun müddət yaşadığı rəfiqəsi isə oğurlanaraq naməlum istiqamətə aparılıb. “Сhicago Tribune” qəzetinin verdiyi xəbərə görə, bu barədə məlumatı bazar ertəsi ABŞ-ın İllinoys ştatının Dyupeyc ərazi dairəsinin prokuroru yayıb.

34 yaşlı Cozef Spitalli 31 yaşlı Teymur Hüseynlini qəsdən öldürməkdə ittiham edilir. Dyupeyc prokurorluğundakı ittihamnaməyə əsasən, o, qətli cümə günü səhər 12:25 radələrində Uaylvudda törədib, daha sonra isə mərhumun rəfiqəsini qaçırıb.

Eyni zamanda, T.Hüseynovun ev ünvanı və onun ölümünün nə vaxt qeydə alınması barədə məlumat verilmir. Polis Uaylvuda çağırılan zaman T.Hüseynov artıq qazonların üzərində ölü vəziyyətdə tapılıb.

Prokurorun məlumatına əsasən, o, bədəninə yetirilmiş bıçaq xəsarətindən keçinib. Müstəntiqlərin müəyyən etdiyinə görə, qətlin törədildiyi yerdən cəmi bir neçə kvartal aralıda yaşayan C.Spitalli T.Hüseynovu öldürüb, daha sonra isə onun rəfiqəsini bıçaqla hədələyərək qaçırıb. Qatil hadisədən bir neçə saat sonra həbs edilib, lakin həbsin təfərrüatları barədə də məlumat verilmir.