ABŞ-da koronavirus qurbanlarının sayı 7 mini ötdü

abs-da-koronavirus-qurbanlarinin-sayi-7-mini-otdu
Oxunma sayı: 1751

ABŞ-da koronavirus qurbanlarının sayı 7077 nəfər təşkil edir. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Koronavirusa yoluxanların sayı 273 minə, sağalanların sayı isə 9,5 minə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyada 1 milyondan çox insan bu virusa yoluxub, 50 mindən çox pasiyent dünyasını dəyişib.