ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötdü

abs-da-koronavirusdan-olenlerin-sayi-100-mini-otdu
Oxunma sayı: 858

ABŞ-da son sutka ərzində 1243 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” worldometers.info-ya istinadən xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 101 min 815-ə çatıb. 15 min 474 nəfərdə isə yeni yoluxma faktı aşkarlanıb. ABŞ-da ümumilikdə 1 milyon 740 min 749 nəfər koronavirusa yoluxub.

485 min 134 nəfər isə sağalıb.