ABŞ-dan İrandakı aksiyalara dəstək - Foto

abs-dan-irandaki-aksiyalara-destek
Oxunma sayı: 2911

ABŞ İranda benzinin qiymətinin qalxması əleyhinə başlayan aksiyalara dəstək verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Xarici İşlər naziri Mayk Pompeo sosial şəbəkə paylaşımında bu sözlərlə dəstəkləyib:

“40 il davam edən tiranlıqdan sonra qürurlu İran xalqı hökumətin sui-istismarına səssiz qalmırlar. Biz də səssiz qalmayacağıq. İran xalqına mesajım var: ABŞ sizi eşidir. ABŞ sizi dəstəkləyir. ABŞ sizin yanınızdadır”.

Prezident Həsən Ruhani isə aksiyalarla bağlı açıqlamasında iqtisadi böhrana baxmayaraq, hökumətin benzinin qiymətinin qalxmasından hər hansı qazanc əldə etməyəcəyinə və bütün gəliri 60 milyon imkansız insana paylanacağını bildirib.

Qeyd edək ki, Tehranda nümayişlər zamanı ölkənin dini lideri Ayətullah Xameneyinin plakatının olduğu lövhələri yandırıblar.

Xuzistan vilayətində isə İranın Mərkəzi Bankı atəşə verilib.

Etirazçılar avtomobillərlə yollarda barrikada qurublar.