ABŞ-də 18 nəfəri öldürən şəxs ölü tapıldı

abs-de-18-neferi-olduren-sexs-olu-tapildi
Oxunma sayı: 2693

Oktyabrın 25-də ABŞ-nin Lyuston şəhərində 18 nəfəri güllələyərək öldürən, 13 nəfəri isə yaralayan Robert Kard ölü tapılıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı cinayətkarın intihar etdiyi güman edilir.

Kardın cansız bədəni cinayət hadisəsindən iki gün sonra tapılıb.

Qeyd olunur ki, Men ştatından olan Kard ABŞ ordusunun ehtiyatda olan əsgəri idi. İyul ayında psixi sağlamlığı ilə bağlı müayinələrdən keçmişdi. Belə ki, məşq zamanı özünü qeyri-adekvat aparırdı. Ötən il o, psixiatrik klinikada müalicə olunurdu.