ABŞ-dən Hakan Fidanın Bakıdakı açıqlamasına münasibət

abs-den-hakan-fidanin-bakidaki-aciqlamasina-munasibet
Oxunma sayı: 3317

“ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında Türkiyənin səmərəli rolunu alqışlayır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller Türkiyənin XİN rəhbəri Hakan Fidanın Bakıdakı açıqlamalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Vaşinqton da Ankara kimi sülhün bərqərar olması üçün İrəvanla Bakı arasında birbaşa danışıqları dəstəkləyir.

Xatırladaq ki, Hakan Fidan dekabrın 14-ü Bakıda keçirilən mətbuat konfransı zamanı bildirib ki, Türkiyə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir. Türkiyəli nazir qeyd edib ki, İrəvanla Bakı arasında münasibətlər normallaşarsa, Türkiyə də Ermənistanla münasibətlərini nizamlayacaq.