ABŞ-ın vitse-prezidentinin təyyarəsi quşla toqquşub

abs-in-vitse-prezidentinin-teyyaresi-qusla-toqqusub
Oxunma sayı: 1400

Göyərtəsində ABŞ-ın vitse-prezidenti Maykl Pensin olduğu təyyarə quşla toqquşmadan sonra Nyu-Hempşir ştatının hava limanına qayıdıb. “Qafqazinfo” bildirir ki, bu barədə “CNN” telekanalı Pensin köməkçilərinə istinadən xəbər verib.

Telekanalın məlumatına görə, insident uçuşdan dərhal sonra baş verib. Hava gəmisi bundan az sonra “ehtiyat tədbiri kimi” yerə enib. Pensin və onun köməkçilərinin Vaşinqtona başqa bir təyyarə ilə dönməsi gözlənilir.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Pens Nyu-Hempşirdə seçkiqabağı tədbirlərdə iştirak edib.