“ABŞ-nin məqsədi Avropanı yıxmaqdır” - Lukaşenko

abs-nin-meqsedi-avropani-yixmaqdir
Oxunma sayı: 1611

“Amerikalıların məqsədi Avropanı yıxmaq, Rusiyadan keçməklə Çinə çatmaqdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, ABŞ-nin Ukrayna rəhbərliyinə Rusiya ilə danışıqlar prosesinə başlamağa imkan vermədiyini deyib:

“Amerikalılar Avropanı yıxmaq və Rusiyadan keçməklə Çinə çatmaq istəyirlər. Onlar Rusiyanı tapdalamaq niyyətindədilər”.

Belarus lideri Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlar prosesini  pozduğunu qeyd edib:

"Ukraynalılar Rusiya ilə danışarkən əvvəlcədən şərt qoya bilməz. Onlar Rusiya ilə danışıqlar masasına oturmalı, orada bütün şərtləri irəli sürməlidir”.