ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

abs-sefiri-turkiye-xin-e-cagirildi
Oxunma sayı: 1299

ABŞ-ın Ankaradakı səfiri Devid Satterfild Amerika Senatının 1915-ci il hadisələriylə bağlı qəbul etdiyi qətnamə ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, XİN rəhbərinin müavini Sedat Önal səfirə Senatda qəbul edilən qondarma erməni soyqırımı ilə bağlı qərara qarşı ölkəsinin sərt reaksiyasını çatdırıb.

Sözügedən qərarla bağlı ABŞ-ın Ankaradakı səfirliyi gün ərzində verdiyi açıqlamada Amerika hökumətinin mövqeyinin dəyişmədiyini və bu baxışların Prezident Donald Trampın aprel ayındakı çıxışında əks olunduğunu bildirib.

Xatırladaq ki, Tramp 1915-ci il hadisələri ilə bağlı aprelin 24-dəki çıxışında erməni dilində “böyük fəlakət” mənasını verən “Meds Yeghern” ifadəsini işlətmişdi.