ABŞ səfirliyinin əməkdaşları İsraili tərk edir

abs-sefirliyinin-emekdaslari-israili-terk-edir
Oxunma sayı: 949

ABŞ Dövlət Departamenti ölkənin İsraildəki missiyasından fövqəladə vəzifələrdə çalışmayan hökumət personalının və onların ailə üzvlərinin İsraildən çıxarılması haqqında qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfirliyinin bəyanatında deyilir. 

Addımın təhlükəsizlik riskləri ilə əlaqədar atıldığı bildirilir. 

İsraildə olan digər ABŞ vətəndaşlarına kommersiya reysləri mövcud ikən ölkədən çıxış imkanını nəzərdən keçirmək tövsiyə olunur.