“ABŞ Suriyaya girməyəcək” - Tramp

abs-suriyaya-girmeyecek
Oxunma sayı: 763

Vaşinqton Suriya münaqişəsi üzrə iştirakını genişləndirmək niyyətində deyil.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox Business” kanalına müsahibəsində bildirib.

Tramp ABŞ-ın məhz hansı addımları Suriyada atmaq niyyətində olmadıqları barədə dəqiq məlumat verməyib.

Homs aviabazasına endirlən zərbələr haqqında da danışan D. Tramp “Mən etdiyimi, Obama administrasiyası etməli idi. O zaman Suriyada vəziyyət daha yaxşı olardı”,- deyə söyləyib.