ABŞ TikTok-a qoyulan qadağanı bir az da uzatdı

abs-tiktok-a-qoyulan-qadagani-bir-az-da-uzatdi
Oxunma sayı: 1006

ABŞ hökuməti TikTok-a qoyulan qadağanı daha 15 gün uzatmaq qərarı verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, qadağa noyabrın 27-dək qüvvədə olacaq.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın Ticarət Nazirliyinin tətbiqetməni faktiki olaraq hələlik qadağan etməyəcəyi açıqlanmışdı.

Tramp administrasiyası dəfələrlə TikTok-un Çin hökuməti ilə əlaqəli olduğunu və istifadəçiləri izlədiyini iddia edib.