Abşeronda Novruz bayramı qeyd olundu - Fotolar

abseronda-novruz-bayrami-qeyd-olundu
Oxunma sayı: 1837

Abşeron rayonunda ümumrayon Novruz bayramı şənliyi keçirilib.  “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında baş tutan şənlikdə Abşeron Rayon İcra Hakimiyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələri, müharibə iştirakçıları və  ümumilikdə şəhər sakinləri iştirak ediblər. 

Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha coşqu, daha möhtəşəm qeyd edir: “Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun qəhrəmanlığı sayəsində bu gün bütöv Azərbaycanda, işğaldan azad olunan torpaqlarımızda bayram tonqalları qalanır, şənliklər keçirilir”. 

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və müharibə iştirakçıları ilə birgə park gəzintisinə çıxıb. Burada xalq oyunları, milli rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb. Xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin Novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirib, şənlik iştirakçılarını şirniyyata qonaq ediblər. 

Sonra şəhid ailələri ilə birgə Ulu Öndərin adını daşıyan Mərkəzdə “Qeyd- Sosial Maarifləndirmə” ictimai birliyinin təşkilatçılığı ilə düzənlənən “Heydər Əliyev-Unudulmaz lider” adlı foto xalça sərgisinə baxış keçirilib.

Gəzintidən sonra tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilib.