Acınohur gölü niyə quruyur?

acinohur-golu-niye-quruyur
Oxunma sayı: 3081

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Acınohur gölünün suyunun qurumasının səbəblərini açıqlayıb.  

“Qafqazinfo” xəbər verir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov feysbukda yayımlanan “Ekspert saatı” verilişində bildirib ki, təxminən 6 il əvvəl Acınohur gölünün ətrafında müəyyən qazıntı işləri aparılıb. Həmin ərazidən bioloji varlıqlar götürüblər. Hazırda isə orada hər hansı ilbiz yığma, qurd yığma həyata keçirilmir.

“Acınohur gölünə Şəkinin Dəhnə kəndi istiqamətindən, Dəhnə çayından kanal istiqamətlənib. Lakin ilin müəyyən hissələrində çaydan gölə su gedib çata bilir. Təsərrüfatın qızğın vaxtında, əkin əkilən zaman insanlar sudan istifadə edirlər və gölə su çatmır. Ona görə də gölə 60-80 metr qalmış bataqlıq əmələ gəlib. Hazırda bu gölün qurumasının, səviyyəsinin azalmasının əsas səbəbi iqlimlə əlaqəlidir. Gölü 4 tərəfdən sızan yağış suları qidalandırır. Yağış çox olanda göl özünə gəlir, az olanda isə su quruyur”.

Gülnar Əliyeva