Acunun gündəmdən düşməyən 20 yaşlı sevgilisi... - Fotolar

acunun-gundemden-dusmeyen-20-yasli-sevgilisi
Oxunma sayı: 5564

Bir neçə gündür ki, Türkiyə gündəmini Ayça Çağla Altunkaya zəbt edib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb 20 yaşlı xanımın TV 8-in rəhbəri, məşhur aparıcı Acun Ilıcalı ilə sevgili olmasıdır.

Əslində cütlük ilk dəfə 6 ay əvvəl Mikonos adasında Acunun yaxtasında görüntülənib. Ardından isə Mayami küçələrindəki görüntüləri sosial şəbəkə və mediada yayılıb.

Ayça isə açıqlamasında 50 yaşlı Acunla iki il əvvəl tanış olduğunu qeyd edib: “Ad günü şənliyimdə tanış olduq. Mənə dedi ki, sənin indi 18 yaşın oldu? Xeyli güldük”.

Çağlanın yenidən gündəmə gəlməsinin ən böyük səbəbi isə Acunun layihə rəhbəri olduğu “O səs Türkiyə”nin Yeni il çəkilişlərində iştirak etməsidir. Zalda əyləşən gənc xanım bütün kameraların diqqətində olub və davamlı olaraq efirdə göstərilib.

1999-cu il təvəllüdlü Çağla Yalovada yaşayır və tibb bacısı üzrə təhsil alıb.

Onun gənc yaşında estetik prosedurlara da müraciət etməsi müzakirələrə səbəb olub. Ayçanın, eyni zamanda, Acunun eks-xanımı Şeyma Subaşına bənzəməsi sosial şəbəkələrin gündəmində olub.

Maraqlısı odur ki, Altunkaya instaqramda qapalı profilin sahibidir və onu məşhurlardan yalnız sevgilisi Acun Ilıcalı izləyir. O, səhifəsində 5 paylaşım edib və 49 nəfər “follow” siyahısındadır.