“Ad günün mübarək, Nigar...” - Hikmət Hacıyev

ad-gunun-mubarek-nigar
Oxunma sayı: 10255

Prezidentin köməkçisi Hikmət Hacıyev işğalçı Ermənistan ordusunun oktyabrın 17-də gecə radələrində Gəncəni atəşə tutması nəticəsində həlak olan məktəbli Nigar Əsgərova ilə bağlı paylaşım edib.

“Qafqazinfo”nun məlumatına görə, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri öz tvitter hesabında #adgününmübarəkNigar həştəqi ilə bu fikirləri qeyd edib:

“#adgününmübarəkNigar. Ermənistan kimi qaniçən qonşumuz olduğuna görə səndən üzr istəyirik. Vətəndaşları, uşaqları öldürmək Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir. Nigar qonşuları ilə birlikdə doğum günündən bir gün əvvəl Ermənistanın Gəncə şəhərinə ölümcül raket hücumu nəticəsində öldürüldü”.