Administrasiyaya təyinat alan Yusuf tanınmış şəxsin nəvəsidir

administrasiyaya-teyinat-alan-yusuf-taninmis-sexsin-nevesidir
Oxunma sayı: 1532

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiqlənib.

Yeni sərəncama görə, administrasiyaya gənclər siyasəti və idman məsələləri şöbəsinə Yusuf Məmmədəliyev müdir təyin olunub. 
 
“Qafqazinfo”nun Azxeber.com-a istinadən məlumatına görə, yeni şöbə müdiri respublikanın əməkdar elm xadimi, kimya elmləri doktoru, professor, SSRİ Dövlət Mükafatı laureatı Yusif Heydər oğlu Məmmədəliyevin nəvəsidir. O, babasının adını daşıyır.