Aeroport yolunda qəza - Sıxlıq yarandı

aeroport-yolunda-qeza
Oxunma sayı: 4295

Bakıda yol-nəqliyyat hadisəsi avtomobillərin hərəkətində sıxlığın yaranmasına səbəb olub.

Bu barədə “Qafqazinfo” DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən nəqliyyat sıxlığının aradan qaldırılması üçün zəruri tədbirlər görülür.