Aeroport yolundakı qəzada ölənlərin sayı 3-ə çatdı - 6 yaralı+ Fotolar

aeroport-yolundaki-qezada-olenlerin-sayi-3-e-catdi
Oxunma sayı: 13543

Hava limanı-Bilgəh yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı “Shacman” markalı yük maşını ilə “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub. 

BNA-nın məlumatına görə, hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

***

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Mercedes Vito”da olan 9 nəfərdən 2-si vəfat edib. Digərləri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, “Mercedes Vito” yol-hərəkəti qaydasını pozaraq yük maşınının qarşısına keçib. Bundan sonra idarəetməni itirən “Shacman” sözügedən nəqliyyat vasitəsini bir neçə metr kənara atıb.

***

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından “Qafqazinfo”ya bildirilib ki, Mərdəkan yolunda baş verən avtoqəza nəticəsində daxil olan çağırış əsasında hadisə yerinə 5 təcili Tibbi Yardım Briqadası göndərilib. 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.

Murad Əhməd

Fotolar: Pərvin Zeynal

Fotoda: “Mercedes Vito”nun sürücüsü