“AG Bank” və “NBC Bank”da əmanəti olanların nəzərinə

“AG Bank” və “NBC Bank”da əmanəti olanların nəzərinə
Oxunma sayı: 1726

Əmanətlərin Sığortalanması Fondu “AG Bank” ASC və “NBC Bank” ASC-də qorunan əmanətlərin müştərilərə veriləcəyi tarixi açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki,  Fond bildirir ki, kompensasiya ödənişi zamanı əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq: 

16 iyun 2020-ci il tarixindən başlayaraq “AG Bank” ASC və “NBC Bank” ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi; 

15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi.   

“Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 

Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara məlumat veriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi