Ağcabədidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü qəsəbə sakini Şaiq Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi “Hyundai” toqquşub.
Hadisə nəticəsində Ş. Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B. İsmayılov isə ağır vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, qəzada xəsarət alan 1996-cı il təvəllüdlü kişi Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Ona kəllə-beyin travması, başın ara səthinin cırılmış yarası və sol bud sümüyünun sınığı diaqnozu təyin olunub. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.
Ziya Əmirxanlı

Son xəbərlər
Son Xəbərlər