“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək”

hormuz-boyunca-iranin-istehkamlari-mehv-edilecek
Oxunma sayı: 1005

“ABŞ gərginliyi azaltmaq məqsədilə İrana hərbi təzyiqin gücləndirilməsini istisna etmir”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent “NBC News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Hörmüz boğazı boyunca İranın istehkamlarını məhv etməyə davam edəcək. 

Aparıcı Bessentdən ABŞ Prezidenti Donald Trampın İranın bir sıra elektrik stansiyalarını məhv etməyə hazır olduqlarına dair bəyanatının bir neçə gün əvvəl səsləndirilən Tehrana qarşı hərbi səyləri azaltmaq niyyətindən imtina anlamına gəlib-gəlməməsi barədə soruşub. 

“Biri digərini istisna etmir. Bəzən gərginliyi azaltmaq üçün eskalasiyaya getmək lazım gəlir”, - ABŞ Maliyyə Departamentinin rəhbəri cavabında bildirib.