Ağır qəzada 3 yaşlı uşaq da yaralandı - Foto-Yenilənib

agir-qezada-3-yasli-usaq-da-yaralandi
Oxunma sayı: 693

Ağcabədidə iki minik avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Elvin Əliyevin idarə etdiyi “VAZ 21011” markalı avtomobil hərəkətdə olarkən 1992-ci il təvəllüdlü Cavid Əfqanlıya məxsus “VAZ 2106” ilə toqquşub.

Qəza nəticəsində hər iki sürücü, eləcə də “VAZ 2106” markalı avtomobildə olan 3 yaşlı uşaq ağır xəsarətlər alıb. Onlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 13 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərdən iki nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Digər 4 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Ziya Əmirxanlı