Ağdam rayonun Xındırıstan kəndində yerləşən “Gold Mətin” sarayda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyəti və YAP Ağdam rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov Azərbaycan qadınlarının Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamalarından, ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmasından, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yerinin və nüfuzunun daha da artmasından bəhs edərək tədbirdə iştirak edən qadınları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib, hər birinə cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulayıb.
Tədbirin gedişində Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib.
Sonda tədbirdə iştirak edən qadınlara bayram hədiyyələri təqdim edilib.






Son xəbərlər
Son Xəbərlər